«Birlik kuboku»nun püşkatması təxirə salındı

XƏBƏR 1 Dekabr 2008 / 18:13 3263
-  A +

MDB və Baltikyanı ölkələrin çempionlarının mübarizə apardığı «Birlik kuboku»nun püşkatması təxirə salınıb. Qol.Az-ın məlumatına görə, Rusiya Futbol İttifaqının rəsmi saytında texniki səbəblər ucbatından püşkatmanın dekabrın 8-ə keçirildiyi qeyd olunub. Sayca 17-ci «Birlik kuboku»nun püşkatma mərasimi Moskavadakı «Futbol Evi»ndə Bakı vaxtı ilə saat 12-də keçiriləcək. Yanvarın 17-dən 26-na kimi «Olimpiyski» və «Dinamo» manejlərində keçiriləcək turnirdə ölkəmizi son çempion «İnter» təmsil edəcək.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"