Kasilyas: "Özümü sakit göstərməyə çalışırdım"

Kasilyas: "Özümü sakit göstərməyə çalışırdım"
AVRO-2012 28 İyun 2012 / 03:51 3085
-  A +

İspaniya milli komandasının kapitanı İker Kasilyas Portuqaliya ilə oyundan sonra fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, Kasilyas bu oyunda bəxtin onlar tərəfdə olduğunu bildirib:

"Portuqaliya ilə oyunda şanslarımız demək olar ki, bərabər idi. Lakin biz daha bir şanlı qələbə qazanaraq adımızı tarixə yazdırdıq. Hər zaman demişəm ki, penaltilər seriyası lotoreyadır. Bu oyunda da bəxt bizim tərəfimizdə oldu. Düzünü desəm, penaltilər zamanı həyəcanlı idim. Amma özümü sakit göstərməyə çalışırdım".

Qeyd edək ki, İspaniya millisi Portuqaliyanı penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə finala yüksəlib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı