Silva İniyestanı Ronaldo və Messidən üstün tutdu

Silva İniyestanı Ronaldo və Messidən üstün tutdu
AVRO-2012 27 İyun 2012 / 15:24 2655
-  A +

İspaniya millisinin yarımmüdafiəçisi David Silva komanda yoldaşı Andres İniyesta haqda xoş sözlər deyib.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, "Mançester Siti"nin futbolçusu İniyestanın dünyanın ən yaxşı futbolçusu olduğunu bildirib:

"Mənə tez-tez "Ronaldo, yoxsa Messi?" sualını verirlər. Ancaq mənə görə dünyanın ən yaxşı futbolçusu İniyestadır. Mən şəxsən Ronaldo və Messini yaxından tanımıram. Amma İniyestanın necə futbolçu olduğunu gözəl bilirəm. Bu axşamkı oyuna gəldikdə isə bütün komandanın əsas hədəfi finala çıxmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Portuqaliya - İspaniya matçı bu axşam Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı