İspaniya millisi yenidən finalda

İspaniya millisi yenidən finalda
AVRO-2012 28 İyun 2012 / 02:26 5660
-  A +

Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən Avropa çempionatında bu gün yarımfinal mərhələsinin oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə daha bir qarşılaşma baş tutub.

Son dünya və Avropa çempionu İspaniya millisi titulunu qorumaq yolunda inamla irəliləyir. İspanların bu dəfəki rəqibi isə ən yaxın qonşuları Portuqaliya yığması olub.
 
Son dünya çempionatının 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olan Portuqaliyanın bu dəfə hansı aqibətlə üzləşəcəyi isə böyük maraq doğururdu. Kriştiano Ronaldonun komandası finala yüksələcəyi təqdirdə 2004-cü ildəki uğurunu təkrarlamış olacaqdı.

Lakin Son Avropa çempionları buna imkan verməyiblər. Oyunun əsas vaxtında hesab açılmadığından əlavə hissəyə ehtiyac duyulub ki, burada qapılara top vurulmayıb. Oyundan sonra təyin olunan penaltilər seriyasında daha dəqiq oynayan ispanlar yenidən finala yüksəliblər - 4:2. 

Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibinə bu axşam keçiriləcək Almaniya - İtaliya matçından sonra aydınlıq gələcək.




27 iyun

"Avro-2012"nin yarımfinal görüşləri

23:45. Portuqaliya - İspaniya - 0:0 (Penaltilər seriyası - 2:4 )

İspaniya: - + + + +

Portuqaliya: - + + -


Portuqaliya:
Patrisio, Pereyra, Pepe, Bruno Alveş, Koentrao, Meyreleş (Varela, 112), Veloso (Kuştodio, 105), Moutinyo, Nani, Ronaldo, Almeyda (Oliveyra, 81)

İspaniya: Kasilyas, Arbeloa, Pike, Ramos, Alba, Xavi.H (Pedro, 86), Buskets, Xabi Alonso, David Silva (Navas, 60), A.İniesta, Neqredo (Fabreqas, 53)




28 iyun

23:45. Almaniya - İtaliya


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı