“Bakı” - “Simurq” oyunu Fariz Yusifova həvalə olundu

XƏBƏR 2 May 2009 / 15:21 2113
-  A +

Premyer-liqa komandalarının əsas heyətləri arasında keçirilən XVII Azərbaycan çempionatında XXIV turun ilk oyun gününün təyinatları açıqlanıb. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, turun mərkəzi qarşılaşması hesab olunan “Bakı” - “Simurq” matçını Fariz Yusifov idarə edəcək.

"Bakı" - "Simurq"
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Roman Vasilyev, Zöhrab Əliyev

"Standard" - "Turan"
Hakimlər: Rasim Məmmədov, İlham Əliyev, Elşən Durmuşov, Hacıəli Ağayev

"Bakılı" - MOİK
Hakimlər: Elnur Muradov, Ruslan Babayev, Aleksandr Musatkin, Azad Mütəllimov

 


Son xəbərlər