Qurban Qurbanov “İnanmazdım ki, qısa zamanda stadion bu cür ideal vəziyyətə gətirilə bilər”

Qurban Qurbanov “İnanmazdım ki, qısa zamanda stadion bu cür ideal vəziyyətə gətirilə bilər”
XƏBƏR 1 May 2009 / 21:44 3403
-  A +

Bazar günü Quzanlıda “İnter”i qəbul edəcək “Qarabağ” artıq Ağdamdadır. Yerli əhali öz sevimlilərini Tərtər, Ağdam, Bərdə və Yevlax yolunun kəsişməsində yerləşən “4 yol” deyilən yerdə qarşılayaraq Quzanlıya kimi bayraqlar və musiqi sədaları altında müşayət ediblər. Yol polis əməkdaşları da azarkeşlərlə birlikdə olublar. Bu haqda məlumatı Qol.Az-a Quzanlı stadionunun direktoru Vaqif Balakişiyev verib. Balakişiyevin sözlərinə görə hazırda bütün qəsəbə ayaq ustədir və Quzanlıdakı atmosferi sözlə ifadə etmək mümkün deyil. Arena direktorunun sözlərinə görə komanda matçın oynanılacağı stadionda ilk məşqinə də çıxıb, futbolçular və məşqçilər şəraitdən tam razı qalıblar. Komandanın baş məşqçisi Qurban Qurbanov isə Balakişiyevlə söhbətində “inanmazdım ki, qısa zamanda stadion və qazon bu cür ideal vəziyyətə gətirilə bilər” ifadəsini işlədib. Qeyd edək ki, məşqdən sonra duş qəbul edən futbolçular ardınca nahara yollanıblar. Komanda bütün heyətlə, əvvəlcədən də planlaşdırıldığı kimi Quzanlı Olimpiya Kompleksində məskunlaşıb.


 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı