“Qarabağ”-“İnter” görüşünün bütün biletləri satılıb

XƏBƏR 1 May 2009 / 21:24 2302
-  A +

Bazar günü Ağdamın Quzanlı Olimpiya Kompleksinin stadionunda keçiriləcək Azərbaycan Premyer Liqasının “Qarabağ”-“İnter” matçı üçün satışa çıxarılan 2000 biletin hamısı satılıb. Bu xəbəri Qol.Az-a Quzanlı stadionunun direktoru Vaqif Balakişiyev deyib: “Əvvəlcədən belə planlaşdırılmışdı ki, satışa 2000-dən artıq bilet çıxarılmasın. Ağdam rayon icra hakimiyyətinin başçısı Həsən Sarıyev də bu cür tapşırıq verilmişdi. Çünki, stadionun tutumu bu qədərdir. Nəzərinizə çatdırım ki, oyuna 2 gün qalmasına baxmayaraq matçın bütün biletləri satılıb qurtarıb”.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi