Nadir Şükürov: “Ağlıma da gəlməzdi ki, 43 yaşımda qapıda duraram”

XƏBƏR 1 May 2009 / 20:58 3530
-  A +


“Hamı bilir ki, futbolçu karyeraımı çoxdan başa vurmuşam və “Karvan”da qapıçılarla işləyən məşqçi kimi fəaliyyət göstərirəm. Heç vaxt ağlıma gəlməzdi ki, 43 yaşımda futbola qayıdıb yenidən qapıda duraram”. Bu sözləri Qol.Az-a son iki turda “Karvan”ın qapısını qoruyan klubun qapıçılarla işləyən məşqçisi Nadir Şükürov deyib. Veteran qapıçı həm baş verənləri dəyərləndirdi, həm də təəssüratlarını bölüşdü: “İlk dövrədə hər şey yaxşı gedirdi. Şəxsən qapıçılarla işləyən məşqçi kimi Vitali Kovalyovun oyunundan razı idim. Amma ikinci dövrədə hər şey dəyişdi. Vitali “qara zolağa” düşdü və özünü oradan heç cürə çıxarda bilmədi. Nəticədə klubdan kənarlaşdırıldı. İkinci qapıçı Elçin Cəfərov isə MOİK-ə icarəyə verilmişdi. Əvəzedici komandanın qapıçısının boyu, fiziki göstəriciləri və təcrübəsi qapıda dayanmağa imkan vermirdi. Belə olan halda Yunis müəllim məndən çərçivəni qorumağımı istədi. Onsuz o, deməsə də, özüm bunu xahiş edəcəkdim. Çünki çətin vaxtda komandaya dəstək durmalı idim. Həm də başda Yunis Hüseynov olmaqla yerli məşqçilərdən ötəri canımdan keçərəm. Əcnəbilər gəldi gedərdi. Oyunlara gəlncə, “Muğan”dan fərqli MOİK-lə qarşılaşma lap asan oldu. Sıçrayışlar baxımından heç bir asxama görmədim. Amma kordinasiya səhvləri var idi. Hər halda 34-35 yaşlı qapıçı ilə 43 yaşlı qapıçını eyniləşdirmək olmaz”.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord