Əsgər Abdullayev «Olimpik»dən kimləri çıxaracaq?

XƏBƏR 1 Dekabr 2008 / 17:15 3323
-  A +

«Komandadan çıxarılacaq futbolçuların adları dəqiqləşib, amma hələ ki, bu barədə məlumat vermək istəmirəm. Onların adı mətbuata 3-4 gündən sonra açıqlanacaq». Bu sözləri Qol.Az-a açıqlamasında «Olimpik» klubunun baş məşqçisi Əsgər Abdullayev bildirib. O, siyahıda müəyyən dəyişiklik olunacağını istisna etməyib.
O, Bəşir Müqədimin komandadan gedəcəyilə bağlı suala cavabında heç nəyin istisna olunmadığını vurğulayıb.


Son xəbərlər