Berti Foqts: "Bu xəbəri eşitdikdə çox təəccübləndim"

Berti Foqts: "Bu xəbəri eşitdikdə çox təəccübləndim"
ÖLKƏ FUTBOLU 22 İyun 2012 / 15:32 2625
-  A +

Azərbaycan milli komandasının çalışdırıcısı Beri Foqts Polşa yığmasının baş məşqçi postuna namizəd olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib:

Qol.Az-ın məlumatına görə, Almaniya mətbuatına danışan Foqts bu xəbərə təəccübləndiyini vurğulayıb:

"Bu xəbəri eşitdikdə çox təəccübləndim. Xüsusilə də, İsveçrədə olarkən. Bu barədə heç nə demədim. Ancaq bu faktdır. Hər kəs bilir ki, futbolda hər şey olur. Əvvəlcədən heç nə demək olmaz. Ancaq mənim Azərbaycan millisi ilə 2 illik müqaviləm var. Hələlik bu müqaviləmdə heç bir dəyişiklik yoxdur".

Qeyd edək ki, Berti Foqtsun Azərbaycan millisi ilə müqaviləsi 2013-cü ilin dekabr ayında başa çatacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı