“Yunanıstanla qarşılaşma Almaniya üçün ən asan oyun olacaq”

“Yunanıstanla qarşılaşma Almaniya üçün ən asan oyun olacaq”
MÜSAHİBƏ 22 İyun 2012 / 15:20 2723
-  A +

Bu müsahibə "Unibank"ın sponsorluğu ilə hazırlanıb

Azərbaycan millisinin sabiq üzvü, “Sumqayıt”ın yeni transferi Ceyhun Sultanov "Avro-2012" ilə bağlı Qol.Az saytına müsahibə verib.

- Dünən Portuqaliya yığması Çexiyanı 1:0 hesabıyla məğlub etməklə yarımfinala vəsiqə qazandı. Səncə, nəticə oyuna görə oldu?

- Əslində, qarşılaşma daha bolqollu olmalıydı. Çünki hər iki tərəfin qol vurmaq üçün kifayət qədər real imkanı oldu. Xüsusən də, Portuqaliya yığması daha böyükhesablı qələbə qazana bilərdi. Təkcə iki dəfə Ronaldonun zərbəsindən sonra top dirəkdən qayıtdı.  Fikrimcə, Portuqaliya yarımfinala layiq oyun göstərdi.

- Bəs, bu gün oynanılacaq Yunanıstan – Almaniya görüşü haqda nə düşünürsən? Səncə, bu oyundan sensasiya gözləməyinə dəyər?

- Almanlar istənilən rəqibə qarşı eyni səviyyədə, eyni tempdə çıxış edirlər. İstər rəqib zəif olsun, istərsə də güclü. Lakin unutmaq lazım deyil ki, yunanlar hər zaman “sürünə-sürünə” qrupdan çıxaraq, nəticə qazana  bilirlər.  Bununla belə, düşünürəm ki, almanlara qarşı bu metod keçməyəcək. Məncə, Yunanıstanla qarşılaşma Almaniya üçün ən asan oyunlardan biri olacaq. Yunanlar nə qədər müdafiəyə qapanaraq nəticə edən komanda olsalar da, Almaniya bu müdafiəni yaracaq.

- İspaniya –Fransa görüşü haqda nə düşünürsən? İrlandiyayla oyunu nəzərə almasaq, ispanlar hələ ki, parlaq çıxışlarıyla yadda qalmayıblar?

- Bu oyunun hər iki komanda üçün çətin keçəcəyini əvvəlcədən söyləmək olar. Fransızların qrupun son matçında İsveç milisinə məğlub olması, onların zəif olması anlamına gəlməməlidir.  İspanlara gəlincə, zəif çıxış etsələr də, məğlub olsalar da, matç ərzində oyuna diqtə edən tərəf olurlar. Ola bilsin, ispanlar yaxşı oyun göstərsinlər, amma məğlub olsunlar. Şansları 50/50 dəyərləndirsəm də, ispanlara cüzü olsa da, üstünlük vermək olar.

- İspaniya millisində hücumçu probleminin olması nəticəyə təsir edə bilər?

- Fikrimcə, İspanlara heç hücumçu lazım deyil. Hətta onların müdafiəçisi Pike də, hərdən hücumçu kimi çıxış edir. Yəni, bu komandanın əsas silahı güclü yarımmüdafiəçilərinin olmasıdır. Hazırda Avropada ən güclü yarımmüdafiə xətti, məhz İspaniya millisindədir.

- İngiltərə-İtaliya görüşündə fovarit hansı komandanı hesab edirsən? Biri hücum, digəri isə müdafiə futboluna üstünlük verən komandalar üz-üzə gələcək...

- Bu turnirdə hər iki komanda o qədər də, parlaq çıxış göstərə bilmədi. İngilislər açıq futbola üstünlük verdikləri üçün qapılarında çox top görə bilərlər. İtaliyanlar isə oyunun tempini aşağı salaraq, daha çox nəticə haqda düşünəcəklər. Bununla belə hər iki komandanı növbəti mərhələyə keçmək şansları bərabərdi.

Əli HƏYATİ

 


 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın