"Hiss olunur ki, “Bakı” "Qəbələ palçığı"ndan çıxa bilməyib”

XƏBƏR 1 May 2009 / 17:42 2081
-  A +

“Simurq”la oyun öncəsi “Bakı”nın problemləri var. Dünənki kubok matçı da bunu sübut etdi. Hiss olunur ki, “Bakı” "Qəbələ palçığı"ndan tam çıxa bilməyib. Haciyevskinin komandası orada çox güc itirdi. Buna görə, “Qarabağ”la oyunda rəqib fiziki cəhətdən onları üstələdi”. Bu sözləri Qol.Az-a sabah keçiriləcək “Bakı”-“Simurq” matçını dəyərləndirən Ağasəlim Mircavadov deyib. Təcrübəli mütəxəssis sabahkı matçın hər iki tərəf üçün mövsümün kulminasiya nöqtəsi olacağını deyib: “Simurq” yaxşı komandadır və öz dəsti-xətti var. Bakıya da öz oyunlarını oynamağa gəlirlər. Bilirsiniz ki, bu komanda 3-cü yer üçün mübarizə aparır. “Bakı”ya məğlubiyyət onlara sərf etmir. Çünki əsas rəqibləri olan “Xəzər-Lənkəran”la Lənkəranda oynayacaqlar. “Bakı”nın da qələbədən başqa yolu yoxdur. Amma onlar üçün çox çətin olacaq. Haciyevskinin komandası ağır kubok matçı oynayıb, çoxlu güc itirdiyi halda “Simurq” rahat-rahat dincələ bilib. Bu qarşılaşmada “Bakı”dan böyük iradə və əzmkarlıq tələb olunur. Əgər bunu bacarsalar Zaqatala klubuna qalib gələ biləcəklər”  

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı