Ronaldo: "Tək hədəfimiz finala çıxmaqdı"

Ronaldo: "Tək hədəfimiz finala çıxmaqdı"
AVRO-2012 22 İyun 2012 / 13:36 2399
-  A +

Portuqaliya milli komandasının hücumçusu Kriştiano Ronaldo dünən keçirilən Çexiya ilə oyun haqda fikirlərini bölüşüb.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, ulduz futbolçu artıq tək hədəflərinin finala çıxmaq olduğunu bildirib:

"Çox gözəl oyun keçdi. Rəqibimizdən daha yaxşı idik və qələbə qazanmağı haqq etdik. Son iki oyunda zərbələrimiz qapı dirəklərinə tuş gəlmişdi. Bu dəfə də belə oldu.
 
Ancaq əsas qələbə qazanmaq idi ki, bunu da bacardıq. Çexiya ilə oyunda qol vurduğum üçün daha xoşbəxtəm. Artıq yarımfinaldakı rəqibimizi gözləyirik. Bu mərhələdə də qələbə qazanmaq istəyirik. Tək hədəfimiz isə finala çıxmaqdır".

Qeyd edək ki, artıq yarımfinala adını yazdırmış Portuqaliya millisinin rəqibi sabah keçiriləcək İspaniya - Fransa cütünün qalibi olacaq.  


Son xəbərlər