Ukraynanın təmiz qolunu qeydə almayan hakim: “Böyük səhvə yol verdik”

Ukraynanın təmiz qolunu qeydə almayan hakim: “Böyük səhvə yol verdik”
GÜNDƏM 22 İyun 2012 / 12:37 2734
-  A +

Macarıstanlı hakim Viktor Kaşşai rəhbərlik etdiyi briqadanın “Avro-2012”nin İngiltərə - Ukrayna oyununda kobud səhvə yol verdiyini etiraf edib.

Qol.Az-ın xəbərin' görə, bu haqda Macaristan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Kaşşainin açıqlamasına bildirilir: “Biz oyundan dərhal sonra matçın videoyazısına baxdıq və dərhal başa düşdük ki, səhvə yol vermişik. Biz vəziyyəti analiz etdik. Amma UEFA-nın mövcud qaydalarına əsasən, hakimlər idarə etdikləri oyunlar barədə ictimaiyyətə şərh verməməlidir. Bizim çox ağır peşəmiz var. Axı, 199 düz qərar verə, bir dəfə isə səhv edə bilərik. Hərçənd bu səhv həlledici ola bilər. Baş verənlərin qəbul etmək çətindir. Başa düşürəm ki, nə qədər insan bizə inanırdı. Amma artıq olanları dəyişmək mümkün deyil. Biz çempionatı istədiyimiz kimi başa vura bilmədik. Çünki böyük səhvə yol verdik. Amma inanıram ki, mənim komandam bu səhvdən nəticə çıxaracaq və növbəti mövsümdə sübüt edəcəyik ki, biz dünya hakimliyində avanqard olaraq qalırıq”.

Xatırladaq ki, İngiıtərə - Ukrayna oyununun (1:0) 62-ci dəqiqəsində ukraynalıların vurduğu top qapı xəttini keçsə də, hakimlər təmiz qolu qeydə almayıblar.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi