Foqts Polşa millisinin baş məşqçi vəzifəsinə namizəddir

Foqts Polşa millisinin baş məşqçi vəzifəsinə namizəddir
XƏBƏR 22 İyun 2012 / 11:00 2015
-  A +

Polşa Futbol Federasiyasının rəhbəri Qjeqoj Lyota yığma komandanın baş məşqçi postuna namizədlərin adlarını açıqlayıb.

Qol.Az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, namizədlər arasında yerli mütəxəssis Valdemar Fornalik və milli komandamızın baş məşqçisi Bert Foqts da var.

Polşa yığmasının baş məşqçisi Françişek Smudanın komandasını “Avro-2012”də qrupdan çıxara bilmədiyi üçün öz vəzifəsindən imtina etməsi haqda xəbər vermişdik.

Yeni baş məşqçinin kimliyi isə iyunun 27-də elan olunacaq. Federasiya prezidentinin  sözlərinə görə, hər iki baş məşqçinin namizədliyi müzakirəyə çıxarılacaq: “Yerli, yoxsa əcnəbi mütəxəssis seçməyimizə qərar verəcəyik. Baxaq görək, işimizə hansı istiqamətdə davam edəcəyik”.

Qeyd edək ki, 49 yaşlı Fornalik indiyədək ölkə xaricində çalışmayıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord