Bentu: "Artıq yarımfinaldakı rəqibimizi gözləyirik"

Bentu: "Artıq yarımfinaldakı rəqibimizi gözləyirik"
AVRO-2012 22 İyun 2012 / 02:56 2437
-  A +

"Bu oyun Hollandiya ilə görüşdən (2:1) daha çətin keçdi. Çexiyanın bu görüşdə müdafiəyəmeyilli oynayacağını bilirdik. İlk hissədə yaxşı oynamadıq. Lakin fasilədən sonra istəyimizə çatdıq".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu Çexiya ilə oyundan sonra (1:0) keçirilən mətbuat konfransında deyib.

Portuqaliya mütəxəssis artıq yarımfinaldakı rəqiblərini gözlədiklərini bildirib: "Çexiya millisinin heyətində çox sürətli futbolçular çıxış edir. Ona görə də müdafiəçilərə rəqibin əks hücumları zamanı diqqətli oynamalarını tapşırmışdım. Onlarda bunun öhdəsindən layiqincə gəldilər.

Oyunboyu topa nəzarət edirdik ki, bu da sonda qolla nəticələndi və yarımfinala yüksəldik. Düşünürəm ki, biz taktiki cəhətdən də rəqibdən üstün idik. Artıq yarımfinaldakı rəqibimizi gözləyirik. Ronaldoya gəldikdə isə mən təkcə ona yox, bütün komandaya güvənirəm". 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord