Bilek: "Portuqaliya millisi daha güclü idi"

Bilek: "Portuqaliya millisi daha güclü idi"
AVRO-2012 22 İyun 2012 / 02:33 2509
-  A +

"Oyun bizim üçün çox çətin keçdi. Portuqaliya millisi çox güclü hücum xəttinə malikdir".

Qol.Az-ın məlumatına görə, bu sözləri Çexiya millisinin baş məşqçisi Mixal Bilek Portuqaliya ilə oyundan sonra (0:1) keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Portuqaliya millisinin bu oyunda daha güclü olduğunu bildirib: "İlk hissədə rəqibin hücumlarının qarşısını ala bildik. Lakin fasilədən sonra buna gücümüz yetmədi. Belədə müdafiədə buraxdığımız bir səhv matçın yekun nəticəsini müəyyən etdi.
 
Təbii ki, məğlubiyyət üzücüdür. Ancaq Portuqaliya millisi bu oyunda daha güclü idi. Bununla belə, düşünürəm ki, biz turnirdə pis çıxış etmədik. İlk oyunda Rusiyaya 1:4 hesabı ilə məğlub olsaq da, qrupdan çıxmağı bacardıq".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı