Rusiya millisinin kapitanı üzr istədi

Rusiya millisinin kapitanı üzr istədi
AVRO-2012 22 İyun 2012 / 01:52 2598
-  A +

Futbol üzrə Rusiya milli komandasının kapitanı Andrey Arşavin 2012-ci il Avropa çempionatı ilə erkən vidalaşdıqları üçün üzr istəyib.
 
31 yaşlı hücumçu “100 TV”yə müsahibəsində oyunçular və şəxsən öz adından üzrxahlığını çatdırıb.

Arşavin deyib: “Qrup mərhələsində göstərdiyimiz nəticə bizi və əlbəttə, azarkeşləri üzdü. Biz bunu anlayırıq. Mən də göstərdiyimiz oyuna görə kapitan kimi həm oyunçular, həm də şəxsən öz adımdan üzr istəyirəm. Kənarda qalmaq düzgün deyil. Ona görə də açıqlama verməyin lazım olduğu anı seçdim. Bu açıqlamanı bir dəfə verirəm və daha bu mövzuda danışmayacağam”.

Qeyd edək ki, Rusiya yığması Yunanıstana 0:1 hesabı ilə uduzaraq, Avropa çempionatının ¼ finalına vəsiqə qazana bilmədikdən sonra tənqid atəşinə tutulub. Hətta Dövlət Dumasının deputatı Anton Belyakov Arşavinin oyunun ardından otelin holunda onunla və bir sıra azarkeşlərlə söhbətini açıqladıqdan sonra vəziyyət qalmaqal həddinə çatıb. Lentə alınmış söhbət zamanı futbolçu deyir: “Əgər etimadınızı doğrultmadıqsa, bu, sizin probleminizdir”.

Kapitanın deputata ünvanladığı bu ifadə KİV tərəfindən tirajlanıb və çoxsaylı neqativ şərh alıb. Məsələyə Arşavinin çıxış etdiyi “Zenit” klubunun baş sponsoru “Qazprom”dan da reaksiya gəlib. Şirkətin idarə heyətinin sədr müavini Valeri Qolubev futbolçunu Rusiyaya hörmətsizlikdə ittiham edib və ölkədən çıxarılmasını təklif edib.


Xəbər: Lent.az


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"