Böyükağa Hacıyev "Mordoviya"ya məğlubiyyətdən danışdı

Böyükağa Hacıyev "Mordoviya"ya məğlubiyyətdən danışdı
GÜNDƏM 22 İyun 2012 / 00:45 2663
-  A +

"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Mordoviya" ilə oyun haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan B.Hacıyev məğlubiyyətin əsas səbəbi kimi futbolçuların yorğunluğunu göstərib:

"Artıq 10 gündür ki, komandanın hazırlığı davam edir. İlk mərhələdə ağır fiziki yükləmələr olduğundan futbolçularda yorğunluq hiss olunurdu. Bu halı normal qəbul edirəm.
 
Belə oyunlarda bir çox futbolçuları sınamaq imkanımız oldu. Əsas məqsədimiz heyəti formalaşdırmaqdır. Təbii ki, qələbə qazanmaq istəyirdik, amma önəmli olan yeni gələn futbolçuların komandaya uyğunlaşmasıdır".

 

Daha çox


Son xəbərlər