Şevçenko Kiyev “Dinamo”sundan da ayrılır

Şevçenko Kiyev “Dinamo”sundan da ayrılır
XƏBƏR 22 İyun 2012 / 00:43 1900
-  A +

Ukrayna milli komandasından getdiyini açıqlayan Andrey Şevçenko Kiyev “Dinamo”sunu da tərk edir.

Qol.Az-ın məlumatına görə, bu barədə klubun fiziki hazırlıq üzrə məşqçisi Vinçentso Pinkolini italiyalı jurnalistlərə açıqlama verib.

Pinkolini Şevçenkonun karyerasını ölkə xaricində başa vuracağını təsdiqləyib: “Bəli, bu, doğru xəbərdir. “Şeva” Ukraynanı tərk etməyə qərar verib. O, özünü məşqçi işinə həsr edənədək daha bir il xaricdə oynayacaq. Güman ki, karyerasını ABŞ və ya Kanadada davam etdirəcək”.

Qeyd edək ki, Britaniya mətbuatı Andrey Şevçenkonun İngiltərənin “Çelsi” komandasında əvvəlcə futbolçu, sonra məşqçi olacağını yazıb.


Son xəbərlər