Daha bir kapitan yığmadan getdi

Daha bir kapitan yığmadan getdi
XƏBƏR 22 İyun 2012 / 00:19 1511
-  A +

Futbol üzrə Hollandiya milli komandasının kapitanı Mark van Bommel yığma karyerasını başa vurub.

Qol.Az-ın məlumatına görə, Hollandiya Futbol Federasiyasının rəsmi saytında yerləşdirilmiş açıqlamada van Bommel millini birdəfəlik tərk etmədiyini vurğulayıb.

35 yaşlı yarımmüdafiəçi bildirib ki, baş məşqçi onu komandaya çağırmağı qərara alsa, daha bir neçə oyun keçirməyə hazırdır. Van Bommel millidə gənc və istedadlı futbolçulara yol açmaq istədiyini əlavə edib. Onun fikrincə, belə futbolçular yığmanın heyətində təcrübə toplamalıdırlar.

Qeyd edək ki, Mark van Bommel 2011-2012-ci il mövsümündə İtaliya “Milan”ında çıxış edib. Bundan sonra təcrübəli futbolçu Hollandiya PSV-si ilə 1 illik müqavilə bağlayıb. O, yığmada 79 oyuna 10 qol vurub, 2010-cu il dünya çempionatının gümüş mükafatçısı olub. Lakin 2012-ci il Avropa çempionatında Hollandiya yığması qrupda keçirdiyi hər üç görüşü məğlubiyyətlə başa vuraraq, mübarizəni dayandırıb. Daha öncə Ukrayna yığmasının kapitanı Andrey Şevçenko da milli komanda karyerasını başa vurduğunu açıqlayıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord