"İngiltərə millisi tarixinin ən yaxşı heyətinə malikdir"

"İngiltərə millisi tarixinin ən yaxşı heyətinə malikdir"
AVRO-2012 22 İyun 2012 / 00:01 2176
-  A +

İngiltərə millisinin hücumçusu Ueyn Runi "Avro-2012"nin 1/4 final mərhələsində qarşılaşacaqları İtaliya ilə oyunöncəsi komandasının şanslarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, "Sky Sport"a danışan 26 yaşlı futbolçu İtaliya ilə oyunun çox çətin keçəcəyini bildirib:

"Bizi İtaliya ilə çətin oyun gözləyir. Ancaq bizim çox gözəl komandamız var. Hansı ki, burada bütün futbolçular meydanda sonadək mübarizə aparmağa hazırdılar. Düşünrəm ki, İngiltərə millisi mən komandada çıxış etdiyim dövrdən ən yaxşı heyətinə malikdir.
 
Biz özümüzə inanırıq ki, bu da çox vacib amildir. Cəzalı olmağıma baxmayaraq, komandanın baş məşqçisi Roy Hocson mənə güvənərək "Avro-2012"yə gətirdiyi üçün ona təşəkkür edirəm".

Qeyd edək ki, İngiltərə - İtaliya matçı iyunun 24-də Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı