"Bakı"nın rəqibi dəyişdi

"Bakı"nın rəqibi dəyişdi
XƏBƏR 21 İyun 2012 / 18:30 1589
-  A +

Sloveniyada 10 günlük təlim-məşq toplanışında olan "Bakı" cümə günü yoxlama oyununa çıxacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın rəqibi Ukraynanın "Tavriya" (Simferopol) klubu olmalı idi, amma son anda dəyişiklik baş verib.

Son məlumatlara görə, "Bakı" Xorvatiya yüksək liqa təmsilçisi "NK Osiek"lə qarşılaşacaq. "NK Osiek" son çempionatı 8-cı pillədə başa vurub.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı