Zidan: "İniyestaya qarşı diqqətli oynamalıyıq"

Zidan: "İniyestaya qarşı diqqətli oynamalıyıq"
AVRO-2012 21 İyun 2012 / 15:46 2792
-  A +

Fransa milli komandasının canlı əfsanəsi Zinəddin Zidan iyunun 23-də keçiriləcək İspaniya - Fransa oyunu haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "Cadena Cope"ə danışan Zidan Fransa ilə görüşdə İspaniyanın favorit olduğunu bildirib:

"İspaniya millisi çox yaxşı oyun nümayiş etdirir. Ancaq rəqibləri müdafiə oynadığından ispanlar müəyyən çətinliklə üzləşirlər. Məhz buna görə də onlara qarşı müəyyən təzyiqlər var. 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında da bizə qarşı təzyiqlər var idi. Lakin biz bunlara cavab olaraq var-gücümüzlə oynadıq və finala çıxdıq.

Düşünürəm ki, İspaniya millisi "Avro-2012"nin əsas favoritidir. Onların heyətində əsasən Andres İniyestaya qarşı diqqətli oynamalıyıq. Onun oyunu məni heyran edir. O, meydanda mənə özümü xatırladır. Ancaq bir şey var ki, o, fiziki cəhətdən mənə nisbətən daha cılızdı".

Qeyd edək ki, Zidan Fransa millisinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olub. 


Son xəbərlər