Löv: "Avro-2012"də favoritim dəyişməyib"

Löv: "Avro-2012"də favoritim dəyişməyib"
AVRO-2012 21 İyun 2012 / 15:11 2627
-  A +

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv "Avro-2012"də favoritinin dəyişmədiyini açıqlayıb.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssis yenidən İspaniya millisini turnirin ən böyük favoriti adlandırıb:

"İspaniya millisinin oyununu iki dəfə izləmişəm. Onlar alternativ futbolçulara sahibdirlər. Andres İniyesta İspaniya futbolunun ən mükəmməl nümayəndəsidir. 

Ancaq bütün komandalara qarşı hücum futbolu nümayiş etdirən ispanlar müəyyən problemlərlə üzləşirlər. Çünki rəqibləri bütünlüklə müdafiəyə çəkilirlər. Bununla belə, İspaniya yenə də turnirin ən böyük favoritidir. Yəni, favoritim dəyişməyim". 

Qeyd edək ki, Almaniya millisi 1/4 final mərhələsi çərçivəsində sabah Yunanıstanla qarşılaşacaq.


Son xəbərlər