Hakimlərimiz Xorvatiya və Ukrayna klublarının oyunlarını idarə edəcək

Hakimlərimiz Xorvatiya və Ukrayna klublarının oyunlarını idarə edəcək
XƏBƏR 21 İyun 2012 / 14:32 1665
-  A +

“İyulun 5-də Sloveniyaya təlim-məşq toplanışına yola düşürük. Maribor şəhəri yaxınlığında yerləşən 5 ulduzlu otellərin birində məskunlaşacağıq. Toplanış iyulun 20-ə qədər davam edəcək”.

Bu sözləri Qol.Az-a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib. Hakimlərin qarşıdan gələn Sloveniya toplanışına toxunan komitə sədri ədalət təmsilçilərimizin keçirəcəyi oyunların sayı haqqında da danışıb: “Bizə verilən məlumata görə, minimum 12 oyun idarə edəcəyik. Ancaq ola bilsin ki, bu say artsın. Çünki keçən toplanışda da öncə 12 oyun idarə edəcəyimiz bilinirdi, lakin hakimlərimizin yüksək səviyyəli idarəçiliyini görəndən sonra müraciət edənlərin sayı daha da artdı”.

Məmmədov hakimlərimizin hansı ölkə təmsilçilərinin oyunlarını idarə edəcəklərinə də toxunub: “Klubların adı konkret bilinməsə də, Xorvatiya, Sloveniya, Ukrayna və Türkiyənin güclü klublarının olacağı gözlənilir. Maraq üçün deyim ki, ötən il hakimlərimiz məşhur Zaqreb “Dinamo”nun oyunlarını idarə etmişdi”.

 


Son xəbərlər