“İnter”in sabiq futbolçusu Portuqaliyanı favorit sayır

“İnter”in sabiq futbolçusu Portuqaliyanı favorit sayır
XƏBƏR 21 İyun 2012 / 14:00 1608
-  A +

“Çexiya millisi Avro-2012-ə uğursuz start götürdü. Rusiyaya 1:4-lük məğlubiyyətdən sonra çoxları düşünürdü ki, çexlər qrupda qalacaq. Ancaq komanda sonradan toparlanaraq həm Yunanıstanı, həm də Polşanı məğlub edərək 1/4 finala lider kimi çıxdı”.

Bu sözləri Qol.Az-a açıqlamasında Bakının “İnter” klubunun sabiq çexiyalı futbolçusu Branislav Çervenka deyib. O, həmyerlilərinin bu gün Portuqaliyaya qarşı keçirəcəyi 1/4 final matçı haqda da fikirlərini bölüşüb:

"Çexiya - Portuqaliya qarşılaşmasında təbii ki, Çexiyaya azarkeşlik edəcəyəm. Çünki onlar həmyerlilərimdi. Oyuna gəlincə, fikrimcə, Portuqaliya favoritdi. Çünki bu komandanın heyətində kifayət qədər güclü futbolçular yer alıb. Çexiya üçün çox çətin olacaq. Hər halda, şans həmişə var. Diqqətli oynayıb minimum səhv etməklə Portuqaliyaya qalib gəlmək olar”.

Qeyd edək ki, Portuqaliya - Çexiya matçı bu gün saat 23:45-də start götürəcək.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı