"Simurq" sabiq futbolçusunu geri qaytardı

"Simurq" sabiq futbolçusunu geri qaytardı
XƏBƏR 21 İyun 2012 / 13:36 1353
-  A +

"Simurq" klubu müqaviləsinin müddəti başa çatdığı üçün komanda ilə yollarını ayıran Rüstəm Abbasovu yenidən heyətə qaytarıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən mövsüm qış fasiləsindən sonra "İnter"dən icarə əsasında transfer olunan gənc müdafiəçi "sarı-qaralar"la bir illik müqaviləyə imza atıb.

12 qarşılaşmada forma şansı əldə edən 21 yaşlı futbolçu növbəti mövsümün sonuna qədər yenidən "Simurq"un uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, "Simurq" heyətindəki daha bir futbolçunun da müqaviləsini yeniliyib. Uzun müddətdir komandada forma geyinən Rüstəm Məmmədov da növbəti mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın