"Neftçi"nin yeni transferi danışdı (VİDEO)

VİDEO 21 İyun 2012 / 13:18 2984
-  A +

"Neftçi" klubunun yeni transferi Bruno Bertuççi son Azərbaycan çempionuna keçidi ilə bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən braziliyalı futbolçu "Neftçi"nin uğurları üçün əlindən gələni edəcəyini bildirib:

"Peşəkar karyerama vətənim Braziliyanın "Korintians" klubunda başlamışam. Daha sonra "Qrasshopper" klubunda Avropa təcrübəsi yaşadım. Eyni zamanda Braziliyanın gənclərdən ibarət yığmasının da üzvüyəm. "Neftçi"yə transferimlə bağlı onu deyə bilərəm ki, böyük tarixi olan bir kluba gəlmişəm. Komandamız Çempionlar Liqasında mübarizə aparacaq. Neftçi"nin uğurları üçün əlimdən gələni edəcəyəm".




Son xəbərlər