Messi: “Real”da oynamaram!”

GÜNDƏM 21 İyun 2012 / 12:47 2819
-  A +

Argentina millisinin hücumçusu Lionel Messi bir daha bəyan edib ki, futbolçu karyerasını “Barselona”da bitirmək istəyir.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Messi keçirdiyi mətbuat konfransında “Barsa”nın əzəli rəqibi olan Madrid “Real”ına keçməsinin mümkünlüyü haqda suala cavabında belə bir niyyəti olmadığını söyləyib: “Real”da oynamağı heç vaxt düşünməmişəm. Mən orada oynamaram! “Barselona” mənim evimdir, burada çıxış etməkdən zövq alıram. Ümid edirəm ki, təqaüdə də məhz “Barselona”dan çıxacağam”.

Özəl həyatına da toxunan futbolçu bu haqda danışaqdan xoşlanmadığını vurğulayıb. Bununla yanaşı, o qeyd edib ki, yaxın vaxtlarda ata olacağının sevincini yaşayır.

Daha çox


Son xəbərlər