Vüsal Əliyev: “Ukraynaya qarşı böyük haqsızlıq oldu”

Vüsal Əliyev: “Ukraynaya qarşı böyük haqsızlıq oldu”
MÜSAHİBƏ 21 İyun 2012 / 11:56 2531
-  A +

Bu müsahibə "Unibank"ın sponsorluğu ilə hazırlanıb

Azərbaycanlı FİFA referisi Vüsal Əliyev Avro-2012-dəki hakimliklə bağlı Qol.Az-a müsahibə verib.

- Artıq Avro-2012-də qrup oyunları başa çatdı. Hakimliyin səviyyəsini necə qiymətləndirərdiniz?

- Məncə, səviyyə pis deyil. Geridə qalan müddətdə hakimlər kobud səhvlərə yol verməyiblər. Yalnız İngiltərə-Ukrayna matçında buraxılan səhv istisnadır. Həmin oyunda ukraynalılara qarşı böyük haqsızlıq oldu, onların təmiz qolu qeydə alınmadı. Bir də Polşa ilə Yunanıstan arasındakı açılış matçında ispan hakim yunanıstanlı futbolçunu meydançadan qovmaqda bir qədər ağır qərar verdi. Amma, dediyim kimi, ümumilikdə idarəçilik çox yaxşıdır. Mən xüsusilə yan xətt hakimlərinin əməyini qiymətləndirmək istərdim. Çünki çox kritik oyundankənar vəziyyətləri qeydə almağı bacarıblar.

- Ancaq etiraf edirsiniz ki, Ukraynanın haqqı tapdandı...

- Aşkar görünürdü ki, top qapı xəttini keçib. Hətta mən özüm oyundan sonra gecə yarısına kimi daha bir neçə dəfə həmin epizoda baxdım və gördüm ki, top doğrudan da xətti keçib. Əgər həmin qol qeydə alınsaydı, Ukrayna qələbə də qazana bilərdi. Çünki onlar çox yaxşı oynayırdılar.

- Sizcə, burada İngiltərənin futboldakı nüfuzu rol oynaya bilər?

- Düşünmürəm ki, bu amil qolu qeydə almamağa təsir etsin. Sadəcə, orada hakim kobud səhvə yol verdi ki, o cür epizodu görmədi və Ukraynaya qarşı böyük haqsızlıq oldu.

- Avro-2012-dəki favoritiniz kimdir?

- Favoritim Almaniyadır. Onların son oyunlarına da baxmışam və həqiqətən də çox güclü heyətləri var öz oyunları ilə digər rəqiblərindən yaxşı mənada fərqlənirlər.

Anar XANLAROV

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı