UEFA-dan şok cəza

UEFA-dan şok cəza
GÜNDƏM 20 İyun 2012 / 22:08 3920
-  A +

UEFA Avropanın daha bir klubunu Avropa kubokları yarışlarından xaric edib. Qol.Az-ın goal.com-a istinadın yaydığı məlumata görə, adı danışılmış oyunlarda hallanan Çexiyanın “Siqma” klubu bir il müddətinə avrokuboklardan uzaqlaşdırılıb.

Məlumatda bildirilib ki, “Siqma” Çexiya çempionatında 3:0 hesabıyla qalib gəldiyi “Bohemians”a qarşı oyundan  əvvəl rəqib komandanın bəzi oyuçularına 12 min avro verib. Pulu “Bohemians”ın oyunçularına çatdıran “Siqma”nın qapıçısı Petr Drobisz isə 18 ay futboldan uzaqlaşdırılıb və 8 min avro məğləğində cərimə edilib.

Qeyd edək ki, “Siqma” bu il ölkəsini Avroliqada təmsil etməliydi. Bu cəza səbəbindən “Siqma”nı UEFA yarışında “Mlada” klubu əvəzləyəcək.

Yeri gəlmişkən, qitə futbol qurumu bəzi futbolçuları danışılmış oyunlarda iştirak etdiyi üçün “Siqma”ya 2009-cu ildə də cəsa kəsmişdi. Həmin vaxt komandanın 9 xalı silinməklə yanaşı klub 164 min avro məğləğində cəriməyə də məruz qalmışdı.

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı