"Xəzər Lənkəran" Kiyev "Dinamo"suna uduzdu

"Xəzər Lənkəran" Kiyev "Dinamo"suna uduzdu
ÖLKƏ FUTBOLU 20 İyun 2012 / 22:47 7438
-  A +

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" klubu bu gün növbəti yoxlama matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, bu mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək Lənkəran təmsilçisi Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gəlib.

"Dinamo"nun əvəzedici komandası ilə qarşılaşacaq "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovun komandası bu oyunda uduzub.

Xatırladaq ki, Avstriyada ilk yoxlama matçında Almaniyanın Regional Liqasında çıxış edən "Starnberq" klubu ilə qarşılaşan "Xəzər Lənkəran" rəqibini 6 cavabsız qolla darmadağın etmişdi - 6:0.

 
20 iyun

Yoxlama görüşü

21:00. "Xəzər Lənkəran" - "Dinamo" (Kiyev) - 0:2
Qol:
Rıbalka, 34 (0:1), Kravets, 45+2 (0:2)

"Xəzər Lənkəran": Ağayev (Bayramov, 61), Bonfim, Skarlatake, Allahverdiyev, Todorov, Abdullayev (Abdullazadə, 66), Əmirquliyev, Alviş, Pit, Qomes (Sariç, 61 ), Subaşiç (Brenes, 46).

"Dinamo": Boyko (Kiçak, 77), Danilo Silva, Almeyda, Betao, Popov, El Kadduri, Rıbalka (Buyalski, 81), Ninkoviç, Dudu (Eskobar, 46), Mexmedi (Kaverin, 62), Kravets (Xlyebas, 76)

Daha çox


Son xəbərlər