"Sumqayıt" 5 futbolçu ilə müqavilə imzaladı

"Sumqayıt" 5 futbolçu ilə müqavilə imzaladı
XƏBƏR 20 İyun 2012 / 17:18 1994
-  A +

Ötən mövsüm "Sumqayıt" klubunun əvəzedici heyətində uğurlu çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən Aydın Qasımov, Arif Vəliyev, Bəxtiyar Həsənəlizadə, Ayaz Mehdiyev və Aqşin Muxtaroğlu əsas komandaya cəlb olunublar.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, adları çəkilən futbolçuların hər biri “Sumqayıt”la iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, Bəxtiyar Həsənəlizadə müdafiəçi, Aydın Qasımov, Ayaz Mehdiyev, Aqşin Muxtaroğlu yarımmüdafiəçi, Arif Vəliyev isə hücumçudur.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki