Blatter: "Qapı xətti texnologiyasının tətbiqi artıq məcburidir"

Blatter: "Qapı xətti texnologiyasının tətbiqi artıq məcburidir"
AVRO-2012 20 İyun 2012 / 16:57 2583
-  A +

FİFA prezidenti Yozef Blatter dünən İngiltərə - Ukrayna matçında Marko Deviçin vurduğu zərbənin qol kimi dəyər qazanmamasına münasibət bildirib.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Blatter həmin oyundan sonra artıq qapı xətti texnologiyasının tətbiqinin məcburi olduğunu vurğulayıb:

"Dünənki oyunda topun qapı xəttini keçdiyini hər kəs gördü. Lakin hakim fiti yenə də susdu. Düşünürəm ki, artıq qapı xətti texnologiyası tətbiqi alternativ deyil, məcburidir".

Qeyd edək ki, İngiltərə - Ukrayna matçının 62-ci dəqiqəsində təşkilatçı ölkənin yığmasının hücumçusu Marko Deviçin zərbəsindən sonra top qapı xəttini keçsə də, görüşün baş hakimi Viktor Kaşşay qolu qeydə almamışdı. Oyun isə 1:0 hesabı ilə İngiltərənin xeyrinə başa çatmışdı.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı