Fatih Terimin ailəsi məhkəməyə verildi

Fatih Terimin ailəsi məhkəməyə verildi
XƏBƏR 20 İyun 2012 / 16:19 1801
-  A +

“Qalatasaray” komandasının baş məşqçisi Fatih Terimin ailə üzvləri məhkəməyə verilib.

Türkiyənin “Vatan” qəzetinin verdiyi məlumata görə, Fatih Terimin İstanbulun Tarabya qəsəbəsindəki evində xidmətçilik edən Olivia Dominguez məhkəməyə təqdim etdiyi ərizədə yazıb ki, Fatih Terimin ailəsi onu oğurluqda günahlandıraraq şəxsiyyət vəsiqəsini və 120 dollarını əlindən alıb, bir aylıq maaşını da verməyib.

Olivia Dominguez olayın şahid olan Merve Terimin əşyaları oğurlamadığını bildiyi halda susmasından da şikayətlənib. Prokurorluq Fulya Terim, Merve Terim və sürücü Onurla bağlı “iftira, təhqir, təhdid və qəsb” ittihamlarını araşdırmağa başlayıb.


Xəbər: Lent.az


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı