Aleksandr Şoliç: “Xorvatiyanın bəxti gətirmədi”

Aleksandr Şoliç: “Xorvatiyanın bəxti gətirmədi”
XƏBƏR 20 İyun 2012 / 13:00 1504
-  A +

“Xorvatiya pis oynamadı. Hətta mən deyərdim, ispanlardan heç bir parametrdə geri qalmadı. Sadəcə, bəxti gətirmədi. Çünki bir neçə epizodda real şans əldə etsələr də, bunlardan istifadə edə bilmədilər. Bir neçə epizodda isə Kasilyasın ustalığı öz sözünün dedi”.
 
Bu sözləri Qol.Az-a açıqlamasında “Bakı”nın xorvatiyalı futbolçusu Alkesnadr Şoliç deyib.

Yarımmüdafiəçi komandasının Sloveniya toplanışı haqqında da fikirlərini bölüşüb: “Hazırlığımız qaydasında gedir, artıq 2 gündür ki, Sloveniyadayıq. 22-də ilk yoxlsma oyunumuzu keçirəcəyik. Bir sözlə, hər şey yüksək səviyyədədir və inanıram ki, bu hazırlıq bizim üçün çox faydalı olacaq”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki