"Qarabağ" klubu qanvermə aksiyasında iştirak etdi

"Qarabağ" klubu qanvermə aksiyasında iştirak etdi
XƏBƏR 20 İyun 2012 / 11:43 1458
-  A +

"Qarabağ" Futbol Klubu daha bir sosial aksiyada iştirak edib. Qol.Az-ın məlumatına görə, "Azərsun Holdinq"də ənənəvi qanvermə aksiyası keçirilib. Artıq ənənəyə çevilən aksiyaya holdinqin geniştərkibli heyəti də qatılıb. "Azərsun Holdinq" və "Qarabağ"ın prezidenti Abdulbari Gözəl də bu xoşməramlı tədbirdə iştrak edib.

O, tədbirdə çıxış edərək belə xeyirxah tədbirin əhəmiyyətindən danışıb.
Ardınca A.Gözəl qan verərək aksiyaya birbaşa dəstək olub.

"Qarabağ" FK-nın kollektivi də aksiyada fəal iştirak edib. Klubun idari, texniki və inzibati heyəti ehtiyacı olanlar üçün qan veriblər.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı