Əziz Quliyev "Bakı"ya qayıtdı

XƏBƏR 20 İyun 2012 / 11:05 1649
-  A +

Ötən müvsüm "Bakı"dan ayrılan və "İnter"in heyətində çıxış edən Əziz Quliyev Sloveniyada təlim-məşq toplantısı keçirən "Bakı"nın düşərgəsindədir. Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, gənc yarımmüdafiəçi komandanın məşqlərində iştirak edir.

Bu gün milli komandasının oyunu səbəbindən toplanışa gec qoşulan İbrahim Karqbo da məşqə çıxanlar arasında olub. Elvin Əliyev, Elşad Manafov, Uinston Parks və İbrahim Karqbo fərdi məşq edərkən, qrup halında meydan çıxan futbolçular fiziki düzümlülüyün artırılması istiqamətində çalışıblar.

Hazırlıqlarını gündə iki məşqlə davam etdirən "Bakı" 2 gün sonra yoxlama oyununa çıxacaq. Rəqib Ukrayna liqasının 6-cı komandası olan "Tavriya"dır.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı