Əli Həsənov: "Məni cəlb edən komanda Portuqaliyadır"

Əli Həsənov: "Məni cəlb edən komanda Portuqaliyadır"
MÜSAHİBƏ 20 İyun 2012 / 10:50 2535
-  A +

Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov "Yeni Müsavat" qəzetinə müsahibə verib. Qol.Az saytı həmin müsahibədən Əli Həsənovun "Avro-2012" ilə bağlı bəzi fikirlərini oxuculara təqdim edir.

- Əli müəllim, futbol üzrə Avropa çempionatını izləyirsiniz?

- İzləyirəm.

- Hansı komandaya azarkeşlik edirsiniz?

- Açığını deyim ki, mənim birbaşa azarkeşlik etdiyim komanda yoxdur. Amma bütövlükdə yaxşı futbola, maraqlı, dinamik matçlara azarkeşlik edirəm. Daha çox məni cəlb edən komanda Portuqaliyadır.

- Maraqlıdır, Azərbaycan-Almaniya münasibətlərindəki gərginliklərdən sonra Almaniya yığmasına münasibətiniz necədir? Yeri gəlmişkən, İsa Qəmbərin proqnozuna görə, Almaniya çempion olacaq.

- Almaniya qalib gəlsə, biz heç bir etiraz etməyəcəyik. Bundan da Azərbaycana heç bir əskiklik gəlməyəcək. Almaniya da bizim tərəfdaş dövlətdir. Baxmayaraq ki, Almaniyada bəzi dairələr subyektiv mülahizələrlə “Eurovision” ərəfəsində Azərbaycana qarşı kampaniya apardılar. Onlar elə Ukraynaya qarşı da ciddi kampaniya apardılar. Hər halda, bunlar dövlətlərarası münasibətlərə ciddi təsir etmir. Ona görə də əgər Almaniya Avropa çempionu olsa, biz bundan qətiyyən məyus olmayacağıq.

- İmkan tapıb futbol oyunlarını stadiondan birbaşa izləyə bildinizmi?

- Lvovdakı matçların birini seyr etdim. Portuqaliya-Almaniya oyununu.
Təəssüf edirəm ki, orda Portuqaliya uduzdu.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın