Şevçenko millidəki karyerasını başa vurdu

Şevçenko millidəki karyerasını başa vurdu
AVRO-2012 20 İyun 2012 / 04:05 2605
-  A +

Ukrayna milli komandasının əfsanəvi futbolçusu Andrey Şevçenko yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, 35 yaşlı futbolçu İngiltərə ilə oyunda (0:1) milli komandanın heyətində son rəsmi matçına çıxdığını bildirib:

"Bu, mənim milli komandadakı son rəsmi oyunum oldu. Ancaq yaxın vaxtda Ukraynada vida matçı keçirməyi planlaşdırıram. Artıq gənclərə şans verməyin zamanıdır. Klubdakı karyerama gəldikdə isə bu barədə qərarımı verməmişəm. Bir qədər istirahət edəcəyəm. Daha sonra yekun qərarımı açıqlayacağam".

Qeyd edək ki, Ukrayna milli komandasının heyətində 112 oyun keçirən Şevçenko 48 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı