Bloxin: "Hakim təmiz qolumuzu qeydə almadı" (VİDEO)

Bloxin: "Hakim təmiz qolumuzu qeydə almadı" (VİDEO)
GÜNDƏM 20 İyun 2012 / 03:54 2904
-  A +

Ukrayna milli komandasının baş məşqçisi Oleq Bloxin İngiltərə ilə oyundan sonra fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, rəqibinə 0:1 hesabı ilə uduzmaqla "Avro-2012" ilə vidalaşan ukraynalı çalışdırıcı hakimin komandasının təmiz qolunu qeydə almadığını bildirib:

"Düşünmürəm ki, oyun bərabər səviyyəli keçdi. Oyunboyu çoxlu sayda hücumlar təşkil etsək də, qol vura bilmədik. Bu, futboldur. Burada biri udursa, digəri məğlub olur. İngilislərin bəxti gətirdi və hesabı açdılar.

Ancaq baş hakim bizim təmiz qolumuzu qeydə almadı. Halbuki, biz təkrara baxdıqda topun qapı xəttini keçdiyini gördük. Bununla belə, "Avro-2012"də ləyaqətli çıxış etdik. Bu komandanın gələcəkdə daha böyük uğurlara imza atacağına inanıram".



Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı