"Kimsə bizim qrup lideri olacağımızı ehtimal etmirdi"

"Kimsə bizim qrup lideri olacağımızı ehtimal etmirdi"
AVRO-2012 20 İyun 2012 / 02:58 2670
-  A +

"Kimsə bizim qrup lideri olacağımıza ehtimal etmirdi. Hətta qrupdan çıxmayacağımızı deyirdilər. Bunu bacardığımız üçün çox xoşbəxtəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri İngiltərə millisinin baş məşqçisi Roy Hocson Ukrayna ilə oyundan sonra (1:0) keçirilən mətbuat konfransında deyib.

İngilis mütəxəssis komandasının günü-gündən daha yaxşı oynadığını bildirib: "Bu oyunda 60 min azarkeşə qarşı oynadıq və Ukrayna millisini məğlub etdik. Ancaq topla daha çox oynamalıyıq.

Bununla belə, günü-gündən daha yaxşı çıxış edirik. Runiyə gəldikdə isə ona bu oyunda ehtiyacımız var idi. O da yaxşı oynadı. Əgər şansı olsaydı, daha çox qol vura bilərdi".

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord