“Qarabağ” bu gün Quzanlıya getdi

XƏBƏR 1 May 2009 / 13:10 2088
-  A +

Bazar günü Azərbaycan premyer liqasının növbəti turu çərçivəsində Quzanlıda “İnter”i qəbul edəcək “Qarabağ” bu gün səhər saatlarında Ağdama yola düşüb. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.Az-a verdiyi məlumata görə ağdamlılar Quzanlı Olimpiya Kompleksində məskunlaşacaqlar. Qurban Qurbanovun komandası bu gün və səhər matçın keçiriləcəyi stadonunda məşqə çıxacaq. “Qarabağ”ın heyətlə bağlı ciddi itkisi yoxdur.

 

Daha çox


Son xəbərlər