Blan: "Əsas hədəfimiz qrupdan çıxmaq idi"

Blan: "Əsas hədəfimiz qrupdan çıxmaq idi"
AVRO-2012 20 İyun 2012 / 02:43 2176
-  A +

Fransa milli komandasının baş məşqçisi Loran Blan İsveçlə oyundan sonra fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, qrupun son görüşündə İsveçə 0:2 hesabı ilə uduzan fransalı mütəxəssis əsas hədəflərinin 1/4 finala çıxmaq olduğunu bildirib:

"Qrupdakı bütün görüşlərimiz çətin keçdi. İsveç isə İbrahimoviçin sayəsində bizə qalib gəldi. Bununla belə, əsas hədəfimiz qrupdan çıxmaq idi ki, bunu da bacardıq. Artıq İspaniya ilə oyun haqda düşünməliyik. Turnirdə daha da irəliyə getmək istəyirik".

Qeyd edək ki, Fransa iyunun 23-də 1/4 finalda İspaniya millisi ilə qarşılaşacaq.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"