UEFA prezidentinə seks hücumu gözlənilir

UEFA prezidentinə seks hücumu gözlənilir
AVRO-2012 20 İyun 2012 / 01:30 2959
-  A +

Ukraynanın məşhur “FEMEN” qrupu UEFA prezidenti Mişel Platinini bir nömrəli düşmənləri elan edərək onu hədəf göstəriblər.

Türkiyənin “Haber365.com” saytının verdiyi məlumata görə, qrupun qurucularından olan İnna Şevçenko Ukrayna-Fransa oyunundan əvvəl aksiya keçirən üzvlərinin həbs olunduğu xatırladaraq, polislə mübarizə apara biləcək qədər güclü olduqlarını bildirib.

“UEFA prezidenti M. Platini "Avro-2012" sayəsində Ukraynanı bir fahişəxanaya çevirdi. Bir çox gözəl, amma təhsilsiz qadın alınıb satıldı. Euro-2012-dəki hər oyunu dayandırmaq üçün planlar hazırlamışıq, lakin uğurlu olmadı. Yenə də Platiniyə qarşı bir aksiya hazırlayırıq. Bu, bir seks hücumu olacaq” - deyə, İ. Sevçenko əlavə edib.

Xəbər: Lent.az


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı