Dünyanın ən gəlirli idmançılarının adları açıqlandı

Dünyanın ən gəlirli idmançılarının adları açıqlandı
XƏBƏR 20 İyun 2012 / 00:13 2374
-  A +

“Forbes” jurnalı dünyanın 100 ən ödənişli idmançılarının siyahısını açıqlayıb.

Siyahıya ABŞ boksçusu Floyd Meyuezer başçılıq edir. Nəşrin hesablamalarına əsasən, 2011-ci ilin iyunundan 2012-ci ilin iyununadək Meyuezer 85 milyon dollar qazanıb. Bu müddətdə boksçu cəmi 2 görüş keçirib. Bu döyüşlər üst-üstə bir saat da çəkməyib.

Siyahıda ikinci pillə də boksçuya məxsusdur. Bu, filippinli Menni Pakiaodur. Pakiao bir ilə 62 milyon dollar irəli düşüb. 2001-ci ildən “Forbes”in reytinqində əvəzlənmədən birinci olmuş amerikalı qolfçu Tayger Vuds bu dəfə 3-cü yerlə kifayətlənib. Hesabat dövründə Vuds 59,4 milyon dollar qazanıb ki, bu da bir il öncə ilə müqayisədə 16 milyon dollar, 2009-cu ilə nəzərən isə 2 dəfə azdır.

İlk “10-luq”da sonrakı yerləri tutan idmançılar:

4. Lebron Ceyms (basketbol, ABŞ) – 53 milyon dollar
5. Roje Federer (tennis, İsveçrə) – 52,7
6. Kobi Brayant (basketbol, ABŞ) – 52,3
7. Fil Mikelson (qolf, ABŞ) – 47,8
8. Devid Bekhem (futbol, İngiltərə) – 46
9. Kriştianu Ronaldu (futbol, Portuqaliya) – 42,5
10. Peyton Menninq (amerikan futbolu, ABŞ) – 42,4

Son 3 ilin ən yaxşı futbolçusu seçilmiş Lionel Messi 39 milyon dollarla 11-ci pillədə yer alıb.

Siyahıya yalnız 2 qadın idmançı düşüb. Rusiyalı tennisçi Mariya Şarapova 27,6 milyon dollar gəlirlə 26-cı, onun çinli həmkarı La Ni isə 18,4 milyon dollar qazancla 81-cidir.

Siyahıda cəmi 11 idman növü yer alıb. Ən çox təmsilçi amerikan futbolu (30 idmançı) və basketbola (13 idmançı) məxsusdur. Reytinqdəki bütün idmançıların üst-üstə illik gəliri 2,6 milyard dollar təşkil edir.

Xəbər: Lent.az


Son xəbərlər