"Ronaldo dünyanın ancaq 12-ci ən yaxşı oyunçusu ola bilər"

"Ronaldo dünyanın ancaq 12-ci ən yaxşı oyunçusu ola bilər"
GÜNDƏM 20 İyun 2012 / 00:01 3361
-  A +

"Barselona" klubunun prezidenti Sandro Rosell maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "İnsutitıto Quimica de Sarria"da keçirilən bir toplantıda çıxış edən Rosell "Real" (Madrid) klubunun ulduzu Kriştiano Ronaldonun dünyanın yalnız 12-ci ən yaxşı futbolçusu ola biləcəyini açıqlayıb:

"Ronaldo dünyanın ən yaxşı ikinci futbolçusu deyil. O, ancaq 12-ci futbolçu ola bilər. Çünki dünyanın ən yaxşı 11 futbolçusu "Barselona"da çıxış edir. Joze Mourinyoya gəldikdə isə onun kimi qələbə qazanmaq üçün hər şeyə əl atan birisi ilə əsla çalışmaram".

Daha çox


Son xəbərlər