Braziliya millisinin futbolçusu "Neftçi"də (FOTO, VİDEO))

Braziliya millisinin futbolçusu "Neftçi"də (FOTO, VİDEO))
ÖLKƏ FUTBOLU 19 İyun 2012 / 17:35 5221
-  A +

Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi" klubu növbəti transferini həyata keçirib.

Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, "Neftçi" braziliyalı futbolçu Bruno Bertuççini heyətə qatıb.

Bu gün komandanın məskunlaşdığı Bolu şəhərində "Neftçi"nin prezidenti Sadıq Sadıqovun iştirakı ilə rəsmi imzalanma mərasimi baş tutub.

Tədbirdə çıxış edən Sadıq Sadıqov 22 yaşlı futbolçuya uğurlar arzulayıb: "Bizim əsas məqsədimiz Azərbaycan futbolunun inkişafına töhfə verməkdir. Buna görə də "Neftçi"yə hər zaman yalnız səviyyəli, legionerlər cəlb etməyə çalışırıq. Bruno Bertuççi Braziliyanın U-20 komandasında oynayıb, gənc olmasına baxmayaraq, Avropa təcrübəsi görüb. İnanıram ki, o gözəl oyunu ilə komandamızın qələbələrində pay sahibi olacaq.

Daha sonra "Neftçi"nin prezidenti Sadıq Sadıqov yeni transfer Bruno Bertuççiyə 16 nömrəli futbolkanı təqdim edib.

Qeyd edək ki, Bertuççi U-20 Braziliya millisinin heyətində dünya çempionatında iştirak edib.




Daha çox


Son xəbərlər