Fransa – İsveç matçı sükutla başlayacaq

Fransa – İsveç matçı sükutla başlayacaq
AVRO-2012 19 İyun 2012 / 17:06 2401
-  A +

Futbol üzrə 2012-ci il Avropa çempionatı çərçivəsində D qrupunda 3-cü turun Fransa – İsveç matçı 1 dəqiqəlik sükutla başlayacaq.

Bütün oyunçular, məşqçilər, jurnalistlər və azarkeşlər 74 yaşında dünyasını dəyişmiş məşhur fransalı şərhçi Tyerri Rolanı yad edəcəklər.

Rolan 50 ildən çox şərhçi işləyib və futbol üzrə 13 dünya çempionatını şərh edib. Onun çalışdığı sonuncu böyük turnir 2004-cü ildə Portuqaliyada keçirilmiş Avropa çempionatı olub. Həmkarımızın 2012-ci il Avropa çempionatında da işləyəcəyi planlaşdırılırdı. Lakin o, səhhətindəki problemlərlə əlaqədar Ukraynaya gedə bilməyib.


Xəbər: Lent.az


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı